Press "Enter" to skip to content

Dr. Yücel Karauz: Ermənistan və onu bu oda sürükləyən Batı yaxşı-yaxşı düşünməlidir

Dr. Yücel Karauz

Son yeniləmə: 1 Dekabr 2023 16:39

BAYRAQDAR MEDİA – “Regionda baş verən son gərginliklərin mərkəzində Ermənistanın dayanması heç də təsadüfi deyil. Daha doğrusu, bu gərginliklərin mərkəzində Ermənistanla yanaşı, onun arxasındakı xarici güclər dayanır. Yəni Ermənistan başda Fransa olmaqla Batı ölkələri və ABŞ-la birlikdə Qafqazda sülh və sabitliyi pozmaq, daimi dincliyin yaranmasının qarşısını almaq üçün dəridən-qabıqdan çıxır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Onun sözlərinə görə, bu gərginliyi yaradanlar bir sıra istiqamətlər üzrə də planlar qurublar: “Bura Rusiyanın arxasında Qafqaz regionunda daha bir cəbhə açmaq, Türkiyə-Rusiya münasibətlərini korlamaq, Azərbaycanın əldə etdiyi hərbi və siyasi zəfərə kölgə salmaq məqsədləri də daxildir. Yəni Batının təhriki ilə Ermənistanın atdığı hazırki addımlar həm Azərbaycana, həm Rusiyaya, həm də Türkiyəyə qarşıdır. Belə deyək ki, Batı “bir daş ataraq üç quş vurmaq” siyasətini həyata keçirmək istəyir. Hətta bununla da kifayətlənmirlər. Onların dördüncü hədəfi də var. Bu da İrandır. Yəni, Batı Ermənistana müşahidəçi adı altında sürətli şəkildə hərbçilər yerləşdirməklə İranı da quzeydən mühasirəyə almaq istəyir”.

Dr.Y.Karauz deyib ki, hadisələrin bu cür inkişafı Ermənistana yaxşı heç nə vəd etmir: “Sərhədlərinin 80 faizi Türkiyə və Azərbaycanla əhatəli olan Ermənistan bununla odla oynayır. Çünki Ermənistan Azərbaycana, yaxud da Türkiyəyə qarşı hər hansı addım atsa, bu zaman Şuşa Bəyannaməsindən irəli gələrək ona qarşı birgə cavab veriləcək. Ona görə də Ermənistan və onu bu oda sürükləyən Batı yaxşı-yaxşı düşünməlidir. Əslində, mən onların çılğın bir addım atacaqlarını da düşünmürəm. Anadoluda bir el sözü var. Deyir ki, tutan it hürməz. İndi bunlar da sadəcə bir psixoloji hücum edirlər. Ancaq mən yaxın zamanda Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı bir hərbi təxribata əl atacağını mümkün saymıram”.

Mission News Theme by Compete Themes.