Press "Enter" to skip to content

Bu məktəbin ibtidai sinifləri distant tədrisə keçib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 1 Dekabr 2023 16:09

BAYRAQDAR MEDİA – Bakıdakı 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində distant tədris tətbiq olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya dekabrın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, “şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. Qeyd edək ki, anoloji vəziyyət başqa heç bir məktəbdə müşahidə edilmir”.
Balumata əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində nəzarətin gücləndirilməsi və pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib: “Onu da qeyd edək ki, məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən həyata keçirilir. Valideynlərə tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil”.

Mission News Theme by Compete Themes.