Press "Enter" to skip to content

Xaçmazlı iş adamlarından örnək davranış

Yeni evin önündə xatirə şəkli

BAYRAQDAR MEDİA – Xaçmaz rayonundan olan iş adamları şəhid Davud Hacıyevin anası Validə Hacıyevanı evlə təmin edib. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və yerli iş adamları şəhid anasının yeni mənzilində qonaq olublar. Qonaqlar şəhid Davud Hacıyevin fotolarından ibarət guşəyə baxış keçirib, şəhid anasının qayğıları ilə maraqlanıblar.

Bu haqda xəbəri noyabrın 30-da Xaçmaz Rayon İcra Hakimiyyəti yayıb.

Xəbərdə daha sonra bildirilir ki, Elnur Rzayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində şanlı Zəfər qazanmasından, hərbçilərin qəhrəmanlığından danışıb. O, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağını diqqətə çatdırıb.

“İş adamları qeyd edib ki, canından keçmiş qəhrəmanlarımızın xatirəsini daim əziz tutmaq, onların ailəsinin qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur. Şəhid anası Validə Hacıyeva göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz dərin minnətdarlığını ifadə edib”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.