Press "Enter" to skip to content

Türkiyə səfiri Ərbildəki türkmən məktəbini ziyarət edib

Ziyarətdən xatirə fotosu

Son yeniləmə: 30 Noyabr 2023 11:19

BAYRAQDAR MEDİA – Türkiyənin Bağdaddakı səfiri Ali Rıza Güney İraqın Ərbil şəhərindəki Türkmən İmadettin Zengi Liseyini ziyarət edib. Səfir ziyarət zamanı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) məktəblərə və şagirdlərə etdiyi yardımlarla tanış olub.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Bildirilib ki, “səfirlə görüşdə Türkiyənin Ərbil baş konsulu Mövlud Yakut, İraq Kürd Regional Rəhbərliyinin (KRG) etnik və dini qurumlardan məsul naziri Aydın Maruf, TİKA-nın Bağdad koordinatoru Oğuzhan Dinler və türkmən təhsil işçiləri iştirak ediblər. Səfər zamanı lisey şagirdləri ilə də görüşən Güney açıqlamasında tələbələrin türkmən dilində təhsil almaları və TİKA-nın bölgəyə etdiyi yardımlardan qürur duyduğunu bildirib”.

Məlumata əsasən, A.R.Güney, TİKA-nın sinif masaları ilə təmin etməklə yanaşı, daha əvvəl təmir-tikinti işləri və kompüter yardımı həyata keçirdiyini bildirib: “A.R.Güney türk təhsilində yaradılan imkanlara görə yerli hakimiyyət orqanlarına təşəkkür edib və türkmən naziri A.Marufun türkcə təhsil məsələsindəki fəaliyyətinə də diqqət çəkib. Şagirdlərə müvəffəqiyyətlə məzun olmalarını arzulayan A.R.Güney, “Onlar həm burada, həm də Türkiyədə universitetlərə gedəcəklər. Ola bilsin, bəziləri TİKA-da çalışsınlar. TİKA markasını təbliğ etməyə davam edəcəklər” deyib”.

Mission News Theme by Compete Themes.