BAYRAQDAR MEDİA – Mədəniyyət və Yaradıcı Sənayelər Forumu çərçivəsində noyabrın noyabrın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə “Türk dünyası animasiya şəbəkəsinin qurulması” mövzusunda dəyirmi masa keçirilib.
Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “tədbirin moderatoru Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev qonaqları salamlayaraq dəyirmi masanın məqsədi haqqında məlumat verib. Daha sonra mədəniyyət nazirinin müavini Səadət Yusifova, TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov, Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu, nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, animasiya mütəxəssisi Oqtay Yusibov, animasiya rejissoru, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundov və digər qonaqlar çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə “Türk Animasiya Şəbəkəsi”nin (Turkic Animation Network) yaradılması və bu sahədə birgə əməkdaşlıq məsələləri müzakirə olunub”.
Qeyd edək ki, HƏM-də sözügedən Forum noyabrın 30-da bir panel sessiya və iki dəyirmi masa ilə işini yekunlaşdıracaq.