Press "Enter" to skip to content

TƏBİB-dən Qobustanda baş vermiş ölüm hadisəsi ilə bağlı açıqlama

Son yeniləmə: 30 Noyabr 2023 13:57

BAYRAQDAR MEDİA – “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub”.

TƏBİB-dən BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.

Bildirilir ki, “təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb. Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür”.

Mission News Theme by Compete Themes.