Son yeniləmə: 30 Noyabr 2023 15:21
- Dr. Yücel Karauz: Hava hücumundan müdafə sistemi güclü və müasir olmayan ölkələrin öz təhlükəsizliklərini təmin etməsi çətin olur
BAYRAQDAR MEDİA – “Dünyanın 100 ən güclü müdafiə sənayesi şirkəti arasında yer alan ASELSAN rabitə sistemlərindən tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər geniş bir sahədə fəaliyyət göstərir. Şirkət tərəfindən bu məqsədlə havadan meydana gələcək təhlükələrə, o cümlədən raket və radarlara qarşı bir test mərkəzi yaradılmışdır”.
Bunu ASELSAN ROBOSİM Dinamik Hədəf Test İnfrastrukturunun formalaşdırılmasını BAYRAQDAR MEDİA üçün dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, bu test mərkəzi mühüm əhəmiyyət kəsb edir: “Çünki bu test mərkəzində havadan – raketlər, təyyarələr, İHA-lar, SİHA-lar və digər silahlar vasitəsilə gələcək təhlükələrə qarşı test fəaliyyətləri icra edilərək inkişaf etməkdə olan hava müdafiə sistemlərinin reaksiyaları və dəyərləndirmələri aparılır. Bu kontekstdə inkişaf etdirilən hava hücumundan müdafiə sisteminin test sahəsinin bir bölümü də ROBOSİM-dir. Yəni geniş mənadakı test sahəsinin bir parçası ROBOSİM-dir”.
Dr.Y.Karauz bildirib ki, bu, dünyada tayı-bərabəri olmayan bir təlim mərkəzidir: “Bu sistem bizə mühüm imkanlar verir. Amma təbii ki, sadəcə döyüş silahlarını yaratmaq önəmli deyildir. Bu döyüş silahlaırnın stimulyasiyalarının, test mərkəzlərinin yaradılması, həmçinin bu mərkəzlərdə əldə edilən nəticələrin daha dolğun və müqayisəli təhlil edilməsi də vacibdir. Bu təhlil nəticəsində də daha mükəmməl hava hücumundan müdafiə sistemləri və atəş vasitələri ortaya qoyulacaqdır. Bu baxımdan ROBOSİM çox önəmli və dünyad atayı-bərabəri olmayan sistemdir”.
Müsahibimiz əlavə edib ki, hava hücumundan müdafə sistemi güclü və müasir olmayan ölkələrin öz təhlükəsizliklərini təmin etməsi çətin olur.