Press "Enter" to skip to content

Özbəkistanın QHT nümayəndələri DOST Mərkəzi ilə tanış olublar

Mərkəzdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində qardaş ölkənin təmsilçiləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyevanın müşayiət etdiyi nümayəndə heyəti Qonaqlar Cənubi Qafqazda ilk ən böyük çoxşaxəli inklüziv məkanda həssas əhali qruplarına aid şəxslərə göstərilən xidmətlərlə tanış olublar.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova iki il əvvəl yaradılan Mərkəzin inklüziv cəmiyyətin inkişafına dəstək məqsədilə ötən dövrdə gördüyü işlər barədə məlumat verib: “Qeyd olunub ki, 2021-ci il oktyabrın 22-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə açılışı keçirilən Mərkəzdə əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, valideyn himayəsindən məhrum və ya valideynini itirmiş uşaqlar, habelə digər həssas kateqoriyaların yaradıcılıq potensialına dəstək işləri aparılır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə həssas kateqoriyalardan olan şəxslər müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərlə yanaşı, sosial psixoloji dəstək tədbirlərinə də cəlb edilir. Qonaqlara Mərkəzin istedadlı üzvlərinin ifasında musiqi nömrələri təqdim olunub. Nümayəndə heyətinin üzvləri Mərkəzin yaradıcılıq studiyalarında olub, təlim prosesini izləyiblər. Qonaqlar benefisiarların və təlimçilərin əl işlərindən ibarət ekspozisiyaya da baxıblar”.

Mission News Theme by Compete Themes.