Press "Enter" to skip to content

Könüllülər yenə də ağac əkdilər

Ağac əkən könüllülər

BAYRAQDAR MEDİA – Heydər Əliyev Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının 100-dən çox könüllüsünün iştirakı ilə Müşfiqabad qəsəbəsində zeytun, sərv və eldar şamı ağacları əkilib.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “aksiyanın keçirilməsində məqsəd Dubay şəhərində keçirilən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransına (COP28) ağacəkmə tədbirləri ilə töhfə verməkdir. Ölkə ərazisində ağacəkmə aksiyalarının keçirilməsi bəşəriyyətin diqqət mərkəzində olan qlobal iqlim dəyişmələrinin qarşısının alınması və Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan mühüm addımlardandır”.

Mission News Theme by Compete Themes.