Press "Enter" to skip to content

28 kurasiya üzrə qeydə alınan məsələlərlə bağlı müzakirələr

BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə görüşdə çıxış edərkən

Son yeniləmə: 30 Noyabr 2023 15:45

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) ümumi təhsil müəssisələrinin direktorlarından ibarət kurasiyalarla görüş keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 30-da idarədən məlumat verilib.

Bildirilib ki, “görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov və məktəb direktorları iştirak edib”.

Görüşdə direktorları maraqlandıran suallara aydınlıq gətirilib
Görüşdə direktorları maraqlandıran suallara aydınlıq gətirilib

Məlumata əsasən, görüşdə çıxış edən İdarənin müdir müavini Xəyalə Əhmədzadə kurasiyaların yaradılmasında əsas məqsədin idarəetmənin optimallaşdırılması, effektiv kommunikasiyanın yaradılması və peşəkar inkişafın təmin olunmasından ibarət olduğunu bildirib: “X.Əhmədzadə təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs edib”.

Qeyd olunub ki, görüşdə çıxış edənlər təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin yaradılması, nizam-intizamın nəzarətdə saxlanılması, elektron sistemlərlə işin tənzimlənməsi və operativ məktəb monitorinqlərinin məzmunu ilə bağlı fikirlərini bildiriblər: “Görüşdə 28 kurasiya üzrə qeydə alınan məsələlərlə bağlı müzakirələr aparılıb, həll yolları barədə tövsiyələr verilib, təkliflər səsləndirilib. Qarşılıqlı fikir mübadiləsi şəklində davam edən görüşdə direktorları maraqlandıran suallara aydınlıq gətirilib. Qeyd edək ki, 6-14 məktəb direktorundan ibarət olmaqla 28 kurasiya fəaliyyət göstərir. Kurasiyaların fəaliyyətini 35 nəfərlik komanda (7 nəfər BŞTİ rəhbərliyi və 28 kurator) müəyyən edir”.

Mission News Theme by Compete Themes.