Press "Enter" to skip to content

Tərəflər arasında anlaşma memorandumu imzalanıb

İmzalanma mərasimi

Son yeniləmə: 29 Noyabr 2023 10:13

Azərbaycan və Özbəkistan QHT-lər sahəsində əməkdaşlığı dərinləşdirir

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi noyabrın 27-də Füzuli Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib.

Səmərəli müzakirələr, iki qardaş ölkənin dövlət başçılarına müraciət, türklük ruh üzərində köklənən bəddi hissə

Noyabrın 28-də isə Forumunun davamı olaraq tərəflər arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, “öncə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Özbəkistan Qeyri-Hökumət Qeyri-kommersiya Təşkilatları Milli Assosiasiyası arasında Qarşılıqlı Anlaşma memorandumu imzalanıb. Daha sonra Özbəkistan Respublikasının Ali Məclisi yanında Qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına dəstək üzrə İctimai Fondun vəsaitlərinin idarə edilməsi üzrə parlament komissiyası ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb”.

Məlumata əsasən, memorandumların imzalanmasında məqsəd iki ölkənin qeyri-hökumət və qeyri-kommersiya təşkilatları arasında vətəndaş cəmiyyətinin inkişafı sahəsində birgə layihələrin həyata keçirilməsinə, təcrübə mübadiləsinə, qeyri-hökumət təşkilatları arasında təmaslara yönəlmiş tərəfdaşlıq əlaqələrinin qurulması və iştirakçılar arasında uzunmüddətli, səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində keçirilmiş görüşdə tərəflər həmçinin təcrübə mübadiləsi, bir sıra mövzularda müzakirələr aparıblar.

Mission News Theme by Compete Themes.