Press "Enter" to skip to content

Sosial sahədə növbəti beynəlxalq uğur

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 29 Noyabr 2023 14:51

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq nailiyyət əldə edib. Bu dəfə DSMF Beynəlxalq Pensiyaların İdarə Edilməsi İnstitutunun təşkil etdiyi “Pinnacle Awards 2023” beynəlxalq müsabiqəsinin qalibi olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 29-da nazirlikdən məlumat verilib.

Bildirilib ki, “müsabiqədə “Cəmiyyətə Təsir” nominasiyası üzrə qalib gələn DSMF Londonda (Böyük Britaniya) keçirilən təltifetmə mərasimində ali mükafata layiq görülüb”.

Məlumatda deyilir ki, son illər Azərbaycanda aparılan sosial islahatların bir istiqaməti də DSMF-ni əhatə edib: “Fondun fəaliyyətində inzibati idarəetmə xidmət modeli ilə əvəzlənib, idarəçilik və xidmətlərin müasir, innovativ texnologiyalar, optimal, şəffaf iş mexanizmləri üzərində qurulması, xərclərin optimallaşdırılması, sosial ödənişlərin e-qaydada proaktiv təyin olunması, ödənişlərdə çeviklik təmin edilib. Eyni zamanda, DSMF sərbəst vəsaitlərini investisiyaya yönəltmək təcrübəsinə başlamaqla maliyyə dayanıqlığının gücləndirilməsi və maliyyə risklərinin çevik idarə olunması istiqamətində yeni effektiv mexanizmə yiyələnib. DSMF-nin qeyd edilən islahatları beynəlxalq səviyyədə də maraqla qarşılanaraq yüksək qiymətləndirilir. 2022–2023-cü illərdə Fond ümumilikdə 15 (o cümlədən bu il 10) beynəlxalq mükafatla təltif edilib. Həmçinin son 3 ildə DSMF 5 beynəlxalq ISO sertifikatı ilə təltif olunaraq fəaliyyətini hazırda həmin standartların tələblərinə uyğun həyata keçirir”.

Mission News Theme by Compete Themes.