Press "Enter" to skip to content

Qırğızıstan bayrağının dəyişidirilməsi istiqamətində növbəti addım

Qırğızıstan bayrağının əvvəlki və son variantı

Son yeniləmə: 29 Noyabr 2023 08:58

Parlamentin müvafiq komitəsi ölkə bayrağının dəyişdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib

BAYRAQDAR MEDİA – Qırğızıstanda Joqorku Keneşin Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və reqlament komitəsi birinci oxunuşda “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” Qırğızıstan Respublikasının Qanununa dəyişiklik edilməsi haqqında” qanun layihəsini təsdiqləyib.

Bu barədə Kazinform məlumat yayıb.

Bildirilib ki, “ölkənin dövlət rəmzində günəşin dizaynına düzəlişlər edilməsi, şüaların dalğavari formasının günəş şüalarını xatırladan hamar formada dəyişdirilməsi təşəbbüsü ilə parlamentin Joqorku Keneşinin sədri Nurlanbek Shakiyev və deputat Ulan Primov çıxış edib. Deputat Ulan Primov qanun layihəsinin konsepsiyasını dəstəkləmək xahişi ilə həmkarlarına müraciət edərək bildirib ki, Qırğızıstan dövlət rəmzlərində dəyişiklik edən yeganə ölkə deyil.

Qeyd edilib ki, bayrağın təsvir olunduğu bütün zəruri sənədlərə dəyişikliklərin dərhal edilməsinə ehtiyac yoxdur, onlar tədricən və mərhələli şəkildə tətbiq oluna bilər.

Müzakirələr zamanı deputat Dastanbek Cumabekov bayrağın ayrı-ayrı elementlərinin dəyişdirilməsi məsələsinin referenduma çıxarılmasını təklif edib.

Eyni zamanda düzəlişlərin təşəbbüskarı Ulan Primov 32 il əvvəl bayrağın referendumla deyil, parlament tərəfindən təsdiqləndiyini vurğulayıb.

Xatırladaq ki, Qırğızıstan Prezidenti Sadır Caparov bu təşəbbüsü dəstəkləyib.

Sadır Caparov Qırğızıstan bayrağının dəyişdirilməsi ideyasını dəstəkləyib

Mission News Theme by Compete Themes.