Son yeniləmə: 29 Noyabr 2023 21:42
BAYRAQDAR MEDİA – Qazaxıstan Baş Nazirliyinin mətbuat xidməti Qazaxıstan və Özbəkistan sərhədində 152 kilometr uzunluğunda Darbaza-Maktaaral dəmir yolu xəttinin tikintisinə başlandığını açıqlayıb.
Bu barədə Kirim Haber Ajansı məlumat verib. Məlumata görə, yeni çəkilən dəmir yolu xətti yükdaşımalarını mövcud Sarıağaş-Daşkənd hissəsindən yeni xəttə yönəltməyə imkan verəcək və “Sarıağaş” stansiyasında sıxlığı aradan qaldıracaq.
Dəmir yolu xətti ilə Qazaxıstandan Özbəkistana ixracın da artacağı gözlənilir.
Bundan əlavə, yeni dəmir yolu xətti ilə Qazaxıstan və Özbəkistanın dövlət sərhədində yeni keçid məntəqəsi açılacaq.
Dəmir yolunun tikintisinin açılış mərasimində çıxış edən Baş Nazir Əlihan İsmayılov deyib: “Dəmir yolları dövlətimizin iqtisadi və sosial sahələrinin inkişafına imkan verən polad arteriyalardır. Qazaxıstanın müstəqilliyinin 30-cu ildönümündə maksimum 245 milyard ton-kilometrdən çox yük daşınıb. Bu il də yüksək göstəricilər qorunub saxlanılır”.
Qazaxıstan Dəmir Yollarının vitse-prezidenti Kanat Almaqambetov isə bildirib ki, Əfqanıstan, İran, Tacikistan və Özbəkistana gedən yüklər bu xəttdən daha sürətli keçəcək.
Qeyd edilib ki, yaxın üç ildə Qazaxıstan 1300 kilometrdən çox dəmir yolu çəkməyi planlaşdırır.