Press "Enter" to skip to content

Orta Asiya ölkələrinin xarici işlər nazirlərinin müavinləri Bişkekdə

Tədbir zamanı

Son yeniləmə: 29 Noyabr 2023 17:52

BAYRAQDAR MEDİA – Qırğızıstanın paytaxtında Orta Asiya ölkələrinin xarici işlər nazirlərinin müavinlərinin XIII illik toplantısı işə başlayıb.

Toplantını BMT-nin Orta Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzi (UNRCCA) Qırğızıstanın Xarici İşlər Nazirliyi ilə birgə təşkil edib.

Kazinforum xəbər verir ki, təbirdə Orta Asiya ölkələrindən olan nümayəndə heyətləri, BMT Baş katibinin Orta Asiya üzrə xüsusi nümayəndəsi – UNRCCA-nın rəhbəri Kaxa İmnadze, BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi – Əfqanıstana Yardım Missiyasının rəhbəri Roza Otunbayeva, həmçinin BMT Katibliyinin Nyu-Yorkdakı yüksək vəzifəli nümayəndələri iştirak edir.

Mərasimdə salamlama nitqi ilə çıxış edən Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev qeyd edib ki, bütün Orta Asiya dövlətləri özlərinin ümumi taleyinin bir-birinə bağlı olduğunu aydın dərk edirlər.

Qırğızıstanın xarici siyasət idarəsinin rəhbəri UNRCCA-nın proqram fəaliyyətinə dəstəyini ifadə edib. Həmçinin qurumun rəhbəri K.İmnadzeni mandatına uyğun olaraq, ilk növbədə, UNRCCA-nın gücləndirilməsi üçün konkret təşəbbüslərin işlənib hazırlanması və təşviqi istiqamətində fəaliyyətini aktivləşdirməyə çağırıb.

Bununla yanaşı, Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbəri J.Kulubayev BMT-nin Əfqanıstandakı Yardım Missiyasının proqram fəaliyyətlərini dəstəklədiyini bildirib və BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Roza Otunbayevaya bu istiqamətdəki fəaliyyətinə görə təşəkkür edib.

Mission News Theme by Compete Themes.