Press "Enter" to skip to content

“Krımın yaralı xalq mahnıları”

"Krımın yaralı xalq mahnıları/Krım tarixinə mədəni səyahət" adlı tədbir keçiriləcək

Son yeniləmə: 29 Noyabr 2023 11:03

BAYRAQDAR MEDİA – Emel Krım Vəqfi İntellektual və Mədəniyyət Konfransları çərçivəsində Krım Tatar xalq mahnıları səsləndiriləcək.

Bu barədə Kirim Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “Krım tatar xalq musiqisi sənətçisi Rüstem Memet və qızı Mavile Memetova Krım tatar musiqisini və rəqslərini hekayələrlə birlikdə tamaşaçılara təqdim edəcəklər”.

Bu məqsədlə dekabrın 2-də “Krımın yaralı xalq mahnıları/Krım tarixinə mədəni səyahət” adlı tədbir keçiriləcək.

Tədbir İstanbul Ataköydəki Tarık Akan Mədəniyyət Mərkəzində olacaq.

Mission News Theme by Compete Themes.