Press "Enter" to skip to content

Füzulidə çox məhsuldar bir forum keçirildi

Bobur Bekmurodov (sağda) və Nadir Azəri

Son yeniləmə: 29 Noyabr 2023 12:44

Bobur Bekmurodov: İki ölkə arasındadakı dostuq və qardaşlıq bağlarının daha da güclü olması üçün Qeyri-Hökumət Təşkilatlarının üzərinə də mühüm vəzifə düşür

BAYRAQDAR MEDİA – “Füzulidə çox məhsuldar bir forum keçirildi. Bu tədbirdə edilən çıxışlar, səslənən təklif və fikirlər iki qardaş ölkənin QHT-ləri arasındakı əməkdaşlığın gələcək inkişafı üçün təkan rolunu oynayacaq”.

Bunu noyabrın 27-də Füzulidə keçirilən Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunu BAYRAQDAR MEDİA üçün özəl dəyərləndirən qardaş Özbəkistanda fəaliyyət göstərən “Yüksəliş” Milli Hərəkatının sədri, Özbəkistan parlamentinin üzvü Bobur Bekmurodov dedi.

Açıqlamasında Azərbaycan-Özbəkistan qardaşlığının sarsılmaz olduğunu, iki ölkənin əlaqələrinin inkişafı naminə atılan addımların xüsusi önəm kəsb etdiyini deyən B.Bekmurodov əlavə etdi ki, iki ölkənin liderləri arasındakı dostluq mühüm əhəmiyyət kəsb edir: “Forumdakı çıxışlarda da vurğulandığı kimi iki qardaş ölkənin liderləri arasındakı dostluq Azərbaycan-Özbəkistan əlaqələrinin hər keçən gün daha da dərinləşməsinə və inkişafına təkan verir. Hesab edirəm ki, iki ölkə arasındakı dostuq və qardaşlıq bağlarının daha da güclü olması və getdikcə daha da inkişaf etməsi üçün Qeyri-Hökumət Təşkilatlarının üzərinə də mühüm vəzifə düşür. Məhz bu baxımdan Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu mühüm əhəmiyyət kəsb edir”.

B.Bekmurodov belə bir Forumda iştirak etməkdən məmnunluq duyduğunu vurğulayıb: “Öncə onu deyim ki, Azərbaycan və Özbəkistan QHT-lərinin əməkdaşlığını özündə ehtiva edən bu Forum olduqca məhsuldar bir tədbir kimi tarixə düşdü. Bu Forum həm də işğaldan azad edilən Füzulidə keçirilən tədbir kimi də tarixdə öz yerini alacaq. Biz çox şadıq iki iki qadaş ölkənin ictimai sektorunun təmsilçiləri bir araya gəlir, birgə əməkdaşlıqla bağlı səmərəli müzakirələr aparırlar. Hesab edirəm ki, bu müzakirələr gələcəkdə birgə addımların atılması, həmçinin təcrübələrin bölüşülməsi və birgə layihələrin həyata keçirilməsində önəmli rol oynayacaq”.

Mission News Theme by Compete Themes.