BAYRAQDAR MEDİA – KKTC Cümhurbaşqanı Ersin Tatarın müəllifi olduğu ‘Kapalı Maraş Açılımı’ adlı kitab nəşr olunub.
Bu barədə Kibristürk məlumat yayıb.
Bildirilib ki, “kitabda Osmanlı dövründən bu yana Qapalı Maraşda müxtəlif vəqflərin həyata keçirdiyi fəaliyyətlər, İngiltərə dövründə baş verənlər, 1974-cü il Kıbrıs Barış Hərəkatı və ondan sonrakı danışıqlar dövrləri, 8 oktyabr 2020-ci il tarixli “Qapalı Maraş Açılımı”izah edilir.
Kitab KKTC Cümhurbşqanının baş müşaviri və mətbuat müşaviri Aydın Akkurt tərəfindən nəşrə hazırlanıb. Kitabın redaktoru isə Cümhurbaşqanının özəl katibi Dr. Çağın Zortdur.
Kitabda Qapalı Maraşla bağlı bir çox sənəd və fotoşəkil ilk dəfə nəşr olunub.