Press "Enter" to skip to content

Bakı məktəblərində monitorinqlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 29 Noyabr 2023 13:36

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər keçirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 29-da BŞTİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə təhsil mühitinin öyrənilməsindən ibarətdir. Təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, inzibati heyətin fəaliyyəti, metodiki işin təşkili monitorinq zamanı müşahidə olunan əsas istiqamətlərdəndir. Proses zamanı müvafiq istiqamətlərə aid olan 35 meyar 4 səviyyə üzrə qiymətləndirilir”.

Məlumata əsasən, monitorinqlərin nəzərdə tutulan əhatə dairəsinin təmin olunması üçün BŞTİ tərəfindən 6 komissiya yaradılıb: “Monitorinqlərin yekununda ümumi təhsil müəssisələrində təlimatların tələblərinin icrası, şəxsi nümunə və sosial məsuliyyət, məktəb sənədləri ilə iş, fənn müəllimlərinin təlim prosesinə hazırlıqlı qoşulması, dərs prosesində şagirdlərin aktivliyinin artırılması, şagird nailiyyətlərinin və davranışlarının obyektiv qiymətləndirilməsi ilə bağlı müvafiq təklif və tövsiyələr verilir. Qeyd edək ki, monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur”.

Mission News Theme by Compete Themes.