Son yeniləmə: 28 Noyabr 2023 16:44
BAYRAQDAR MEDİA – KKTC-də fəaliyyət göstərən Doğu Akdeniz Universiteti (DAÜ) Memarlıq Fakültəsi Memarlıq Bölümünün müəllimi Prof. Dr. Şebnem Hoşkara 12-ci Memarlıq və Təhsil Konqresində iştirak edib.
Bu barədə Kibris Postası məlumat yayıb.
Bildirilib ki, “İzmir Texnologiya İnstitutunun ev sahibliyi ilə Türkiyə Mühəndis və Memarlar Odaları Birliyində (TMMOB) keçirilən konqres Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilib”.
Prof. Dr. Hoşkara tədbirdə “Cümhuriyyətin Yüzilliyində Yerli İdarəetmə, Şəhərsalma, Memarlıq və Təhsil” adlı sessiyanın sədri vəzifəsini icra edib.