Press "Enter" to skip to content

Türk Mədəniyyəti və İrsi Fondunun yeni prezidenti

Aktotı Raimkulova və Günay Əfəndiyeva

BAYRAQDAR MEDİA – Noyabrın 3-də tarixində Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvə Toplantısında Türk ölkələrinin Dövlət Başçıları tərəfindən Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözegedən Fonddan daxil olub.

Xəbərdə deyilir ki, “Fondun prezidenti Aktotı Raimkulova Türk Dünyasının mədəniyyətinin və irsinin inkişafına verdiyi töhfələrə görə Günay Əfəndiyevaya minnətdarlığını bildirib. G.Əfəndiyeva A.Raimkulovaya təşkilatın fəaliyyətlərinin davam etdirilməsində uğurlar arzulayaraq, vəzifə müddətində böyük sevgi və həvəslə görülən ortaq çalışmalar üçün əməkdaşlara təşəkkür edib”.

A.Raimkulova təşkilatın Türk Dünyasında ortaq etnik, mədəniyyət və tarixə əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da layihə və fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəyini bildirib.

Qeyd edək ki, bu dəyişiklik rotasiya qaydasında həyata keçirilir. Bu vaxta kimi Fondun prezidenti Azərbaycan təmsilçisi Günay Əfəndiyeva idi. O, Azərbaycanın tanınmış yazıçısı, Baş nazirin keçmiş müavini Elçin Əfəndiyevin qızıdır.

Mission News Theme by Compete Themes.