BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının “İnformasiya bülleteni”nin üçüncü nömrəsi çapdan çıxıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “bülletenin bu sayı AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın “Akademik Zərifə Əliyeva: həyatı, elmi, həkimlik və ictimai fəaliyyəti” adlı məqaləsi ilə başlayır”.
Bülletenə 2023-cü ilin III rübündə müxtəlif elm sahələri üzrə MEK-in fondlarına daxil olan sənədlər, ardı davam edən nəşrlər, jurnallar və keçirilən tədbirlər, sərgilər, ekskursiyalar haqqında məlumatlar daxil edilib.