Press "Enter" to skip to content

“Məşğulluğa dəstək layihəsi” ilə əlaqədar ictimai dinləmə

İctimai dinləmə zamanı

Son yeniləmə: 28 Noyabr 2023 14:22

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barədə məlumatlılığı artırmaq və nəzərdə tutulmuş hədəf kateqoriyalarını layihəyə cəlb etmək məqsədilə Biləsuvar rayonunda ictimai dinləmə keçirilib.
Bu barədə nazirlikdən məlumat verilib.

Bildiirlib ki, “Öz biznesini qurmaq istəyən işaxtaran və işsiz şəxslərin iştirakı ilə baş tutan görüşdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, eləcə də proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları barədə ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda iştirakçılara layihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olunduğu çap materialları paylanıb”.

Məlumatda qeyd edilib ki, “Məşğulluğa Dəstək Layihəsi” həssas qruplara aid 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərinin yaradılmasına dəstək məqsədi daşıyır. Bu günədək layihə çərçivəsində 7 000-dək şəxsə aktivlər verilərək kiçik biznesləri qurulub.

Mission News Theme by Compete Themes.