Son yeniləmə: 28 Noyabr 2023 11:53
BAYRAQDAR MEDİA – “Özbək xalqı hər zaman Azərbaycan xalqının yanındadır, hər zaman öz dostlarımızın siyasətini dəstəkləyirik”.
Bunu Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyası İdarə Heyətinin sədri Kamoliddin İşanxocayev deyib.
Füzulidə keçirilən Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində jurnalistlərə açıqlama verən K.İşanxocayev bildirib ki, iki ölkənin QHT-ləri arasında əməkdaşlıq önəmli və vacibdir.
Azərbaycan və Özbəkistan QHT-lərinin bəzi sahələrdə əməkdaşlığı genişləndirə biləcəyini deyən qonaq bu kontekstdə ilkin olaraq sosial müdafiə, işsizlik və gender bərabərliyi sahələrindən əməkdaşlığın qurulmasnın vacibliyinə vurğu edib. K.İşanxocayev, “bu sahələrdə Azərbaycan və Özbəkistan QHT-lərinin fəaliyyətlərini səməriləşdirmək, təcrübələrimizi bölüşmək niyyətindəyik” deyib.
Qardaş ölkənin təmsilçisi onu da xüsusi olaraq bildirib ki, hazırda iki ölkənin maraqlarının üst-üstə düşmədiyi hansısa bir sahə yoxdur.