Press "Enter" to skip to content

İki qurum arasında əməkdaşlığa dair sənəd imzalanıb

Milli Observatoriya ilə Türkiyənin Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzi arasında əməkdaşlığa dair sənəd imzalanarkən

Son yeniləmə: 28 Noyabr 2023 16:44

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzinin (ÇASGEM) sədri Elif Gökçearslanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bu barədə nazirlikdən bildirilib.

Qeyd edilib ki, Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli iki ölkə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin daim genişlənməkdə olduğunu bildirib: “Təlim, təhlil və tədqiqat sahəsində də geniş əməkdaşlıq imkanları olduğunu vurğulayıb. E.Gökçearslan əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı təcrübə mübadilələrinin tərəflər üçün əhəmiyyətini diqqətə çatdırıb”.

Məlumata əsasən, görüşdə iki qurum arasında əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb: “Fəaliyyət Planına əsasən əmək bazarında müasir korporativ idarəetmə üsullarının tətbiqi və sağlam əmək münasibətləri ənənələrinin formalaşdırılması üzrə birgə təlimlərin təşkili nəzərdə tutulur. Həmçinin tərəflər fəaliyyət sahələri üzrə sorğu və monitorinqin təşkili, təhlil və tədqiqatların aparılması istiqamətində qarşılıqlı əməkdaşlıq edəcək. İki qurum qeyri-formal məşğulluğun mövcud vəziyyətinin qiymətləndirilməsi, onu yaradan səbəblərin və risklərin aradan qaldırılması üzrə birgə təhlillər aparacaq və təkliflər hazırlayacaq”.

Mission News Theme by Compete Themes.