Son yeniləmə: 28 Noyabr 2023 18:24
BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamətlər üzrə vətəndaşların sorğularını cavablandıracaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “vətəndaşlar 146-2 nömrəsi vasitəsi ilə ETN yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, 146-6 nömrəsi vasitəsi ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, 146-8 nömrəsi vasitəsi ilə isə Dövlət Proqramı İdarəetmə Qrupu ilə əlaqə yarada, müraciətlərinə cavab əldə edə bilərlər”.