Press "Enter" to skip to content

Tacikistanın Azərbaycandakı səfiri ilə görüş

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmon ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.

Xəbərdə deyilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev iki ölkənin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, münasibətlərin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini də vurğulayıb. T.Musayev bu günlərdə Bakıda keçirilən SPECA Sammiti çərçivəsində Azərbaycan və Tacikistan prezidentləri arasında görüşün keçirildiyini xatırladıb. Nazir belə səfərlərin ikitərəfli münasibətlərin möhkəmləndirilməsində əhəmiyyətli olacağını bildirib. Nazir Azərbaycanla Tacikistan arasında səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu deyib”.

Öz növbəsində İ.Abduraxmon Tacikistanın Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. O vurğulayıb ki, iki ölkə arasında 1992-ci ildən etibarən diplomatik əlaqələr qurulub.

Görüşdə, həmçinin səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi, tibb kadrlarının hazırlanması, tibb universitetləri və milli səhiyyə institutları arasında təcrübə mübadiləsi barədə faydalı müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.