Press "Enter" to skip to content

Sibel Tatardan ətraf mühitlə bağlı çağırış

Sibel Tatar (soldan ikinci)

BAYRAQDAR MEDİA – KKTC Cümhurbaşqanı Ersin Tatarın həyat yoldaşı Sibel Tatar bütün dünyanı təhdid edən iqlim böhranına diqqət çəkərək ekoloji problemlərin bir an əvvəl həll edilməsi lazım olduğunu bildirib.

Kibristürk xəbər verir ki, Sibel Tatar,“Hamımız birlikdə ölkəmizə töhfə verək” deyərək təkrar emala önəm verməyə çağırıb.

Məlumata əsasən, Sibel Tatar İstanbulda keçirilən tədbirdə “Sıfır tullantı qlobal öhdəliyi” imzaladıqdan sonra ətraf mühitlə bağlı apardığı və planlaşdırdığı işlərlə bağlı TAK müxbirinin suallarını cavablandırıb.

S.Tatar, zibil toplanmasının hələ də problem olaraq qalmasının kədərli olduğunu ifadə edərək, təkrar emalın tez bir zamanda həll edilməsi lazım olduğunu vurğulayıb. O, resurslardan səmərəli istifadənin vacibliyinə işarə edib.

Tullantıların ətraf mühit üçün böyük problem olduğunu vurğulayan Sibel Tatar bu problemin həlli üçün resurslardan şüurlu şəkildə istifadə edilməli olduğunu bildirib. Sibel Tatar sıfır tullantı öhdəliyinə atdığı imzanı xatırladaraq deyib: “Sözümün üstündə duran bir qadın kimi ümid edirəm ki, ölkəm və dövlətim bu məsələdə atılması lazım olan təxirəsalınmaz tədbirlərlə bağlı məni tək qoymayacaq və hökumət ən qısa zamanda yerli hökumətlərimizlə birlikdə lazımi işləri həyata keçirəcək”.

Mission News Theme by Compete Themes.