Press "Enter" to skip to content

Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı

İki ölkənin müdafiə nazirləri

BAYRAQDAR MEDİA – Noyabrın 27-də Bakıda Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında ikitərəfli görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.

Xəbərdə bildirilir ki, “hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Müdafiə naziri Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarının görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb. Bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrin daha da güclənərək inkişaf etdiyini qeyd edib”.

Sonra xəbərdə, “Azərbaycana səfərindən məmnunluğunu ifadə edən cənab C.Burçuladze Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əlaqədar həmkarına təbriklərini çatdırıb. Qarşılıqlı səfərlərin, bu cür görüşlərin iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu bildirib. Görüşdə iki ölkə arasında arasında hərbi əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb” deyə qeyd edilir.

Daha sonra tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri ətraflı müzakirə edib.

Görüşün sonunda Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Mission News Theme by Compete Themes.