Press "Enter" to skip to content

Meksikada “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabının təqdimatı

Tədbir zamanı

Son yeniləmə: 27 Noyabr 2023 10:45

BAYRAQDAR MEDİA – Meksikanın ən aparıcı ali təhsil müəssəsi olan UNAM Universitetində Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap edilmiş “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabının təqdimatı keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və akademik dairələrin nümayəndələri iştirak ediblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, “Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov təqdimat zamanı Qarabağın zəngin tarixi irsinin öyrənilməsi baxımından sözügedən kitabın nəşrinin mühüm əhəmiyyət daşıdığını qeyd edib, 100 ildən çox Gürcüstan Milli Muzeyində saxlanılan əsərlərin işıq üzü görməsini əlamətdar hadisə kimi qiymətləndirib. Diplomat kitabda əksini tapmış tarixi və mədəni artefaktların Qarabağın Azərbaycan kimliyinin, eləcə də bölgə əhalisinin mədəniyyəti, etnoqrafiyası və yaşayış tərzinin öyrənilməsi nöqteyi-nəzərindən vacibliyinə diqqət çəkib”.

Məlumata görə, səfir, Qarabağ xanlığının Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutmasından bəhs edib: “Əsrlərin süzgəcindən keçərək ərsəyə gəlmiş bu dəyərli nəşrin beynəlxalq auditoriyada əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağın zəngin tarixi keçmişi və geniş mədəni irsi haqqında məlumatlılığın artırılmasına xidmət etdiyi bildirilib. 30 illik erməni işğalına son qoyulması ilə bu gün Qarabağa yenidən həyat qayıtdığı, bu ərazilərin bərpası və yenidən qurulması məqsədilə bütün imkanların səfərbər edildiyi qeyd olunub”.

Məlumatda qeyd edilir ki, UNAM Universitetinin professoru, siyasi və sosyal elmlər doktoru Fausto Kintana çıxışında son zamanlar Azərbaycan səfirliyi ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğuna diqqət çəkib: “O cümlədən Azərbaycan universitetləri ilə akademik əməkdaşlıq həyata keçirməkdə maraqlı olduqlarını və ölkəmizin təşəbbüsu və iştirakı ilə reallaşdırılan qlobalmiqyaslı layihələri də nəzərə alaraq, bütün diqqətlərin Azərbaycanın yerləşdiyi regiona yönəldiyini qeyd edib. F.Kintanatədbirin təşkilinə görə minnətdarlığını ifadə edib, bu təqdimat sayəsindəQarabağ xanlığı və onun tarixi barədə dolğun məlumat əldə etdiklərini bildirib”.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

Qeyd eidlib ki, mərasimdə Azərbaycan və onun reallıqları barədə bir çox məqalələrin müəllifi olan, UNAM Universitetinin professoru Talya İşcan də çıxış edib: “Talya İşcan Qarabağa və Şuşa şəhərinə səfərini böyük məmnunluqla xatırlayıb, bu torpaqların əsrarəngiz gözəlliyi, mədəniyyəti və mənəvi sərvətinin canlı şahidi olduğunu diqqətə çatdırıb”.

İnteraktiv formatda keçən görüşdə tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Tədbirin sonunda “Qarabağ xanlığı: Tarixi və mədəni kimlik” kitabları həm UNAM-ın mərkəzi kitabxanasına, həm də Siyasi və sosial elmlər fakültəsinin kitabxanasına bağışlanıb.

Mission News Theme by Compete Themes.