Press "Enter" to skip to content

MEK-in icraçı direktoru qardaş ölkədə konfransda

Konfransdan xatirə şəkli

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəhla Tahirqızı qardaş Türkiyənin Antalya şəhərində keçirilən “ANKOSLink 2023” beynəlxalq konfransa qatılıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, ““ANKOSlink 2023” bu il Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunaraq “Cumhuriyetin 100 Yılında Üniversite Kütüphanelerini Yeniden Düşünmek” mövzusunda keçirilib. Konfransda süni intellekt alətlərinin kitabxanalara təsiri, korporativ akademik nəşrlər, açıq elmi data bazalar, verilənlər bazasından istifadə, rəqəmsal arxivlərin yaradılması, kitabxanalarda yeni texnoloji həllərin tətbiqi və digər məsələlər müzakirə olunub”.

Sonra xəbərdə, “konfrans çərçivəsində Elsevier, Wiley, Clarivate, Istor, Research Software, Eazy Solutions kimi nüfuzlu tərəfdaşların elmi məlumat bazalarının və rəqəmsal kitabxanaların nümayəndələri ilə, o cümlədən Türk Mədəniyyət Nazirliyinin kitabxanalar və nəşrlər bölümünün baş direktoru Taner Bəyoğlu ilə səmərəli görüşlər keçirilib” deyə qeyd olunur.

Şəhla Tahirqızı
Şəhla Tahirqızı

Həmçinin, səfər zamanı MEK-in icraçı direktoru Türkiyə Cümhuriyyətinin 100 illiyinə 100 kitabxana layihəsi çərçivəsində Antalyanın Kepez Belediyyesi nəzdində yeni fəaliyyətə başlayan Antalya Kitabxanasında və Cemil Meriç Kitabxanasında olub. Hər iki kitabxana ilə yaxından tanış olan Ş.Tahirqızına fəaliyyətləri haqqında ətraflı məlumat verilib, qarşılıqlı sıx əməkdaşlığın faydaları müzakirə olunub. Ş.Tahirqızı Antalya Kitabxanaları koordinatoru Oğuzhan Ceylana və sözügedən bələdiyyə kitabxanalarının rəhbərlərinə Azərbaycanın bədii ədəbiyyatını özündə əks etdirən dəyərli elmi nəşrlər təqdim edib.

Mission News Theme by Compete Themes.