Press "Enter" to skip to content

İkinci Üzüm və Şərab Festivalına böyük maraq

İkinci Üzüm və Şərab Festivalına böyük maraq göstərilib

BAYRAQDAR MEDİA – Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən İkinci Üzüm və Şərab Festivalına böyük maraq göstərilib. 25-26 noyabr tarixlərində keçirilən festivalda 20-yə yaxın yerli şərab istehsalçısının müxtəlif növdə və çeşiddə olan şərablar nümayiş etdirilib və dequstasiya imkanı yaradılıb. Festivalda 20-yə yaxın yerli şərab istehsalçısının müxtəlif növdə və çeşiddə olan şərablar nümayiş etdirilib.

Festivalda 20-yə yaxın yerli şərab istehsalçısının müxtəlif növdə və çeşiddə olan şərablar nümayiş etdirilib
Festivalda 20-yə yaxın yerli şərab istehsalçısının müxtəlif növdə və çeşiddə olan şərablar nümayiş etdirilib

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “ilk dəfə 2019-cu ildə keçirilən festival yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasını hədəfləyir. Festivalda uzun illərdən sonra ilk dəfə olaraq Qarabağda – Tuğda yetişdirilən, Azərbaycanın ən qədim yerli texniki üzüm sortu hesab olunan “Xındoqnı” üzüm sortundan alınan yüksək keyfiyyətli qırmızı süfrə şərablarının təqdimatı da baş tutub”.

Festivalda 20-yə yaxın yerli şərab istehsalçısının müxtəlif növdə və çeşiddə olan şərablar nümayiş etdirilib
Festivalda 20-yə yaxın yerli şərab istehsalçısının müxtəlif növdə və çeşiddə olan şərablar nümayiş etdirilib

Məlumata əsasən, hazırda Azərbaycanda yerli üzüm sortları ilə yanaşı, dünya miqyasında tanınan üzüm sortları yetişdirilir: “Ökəmizdə Gəncə-Qazax, Qarabağ, Şirvan və Qafqaz dağətəyi, Abşeron və Lənkəran-Astara bölgəsində üzümçülüyün tarixən inkişafı şərabçlığın da inkişafına təkan verib. Dövlət Turizm Agentliyi tərəfindən ölkəmizin qədim üzümçülük və şərabçılıq ənənələrinin tanıdılması, şərabçılıq turizminin inkişaf etdirilməsi və şərabçılıq turizm marşrutlarının yaradılması üzrə tanıtım və təbliğat tədbirləri həyata keçirilir. Bütövlükdə Dövlət Turizm Agentliyi tərəfindən bu cür tematik festivalların keçirilməsi və turizm məhsulu kimi inkişaf etdirilməsi məqam diqqət mərkəzində saxlanılır”.

Mission News Theme by Compete Themes.