BAYRAQDAR MEDİA – Əvvəlki illərdə olduğu kimi bu il də işlərini sıx şəkildə davam etdirən Eskişehir Böyükşəhər Bələdiyyəsi Park və Bağçalar Müdirliyi qrupları öz istixanalarında 1 milyon yaz və qış çiçəyi yetişdirib.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “Türkiyədəki bir çox yerli idarələrdən fərqli olaraq, kənardan gül və ya bitki almaq əvəzinə öz imkanları ilə gül və ya bitki istehsal etməyə üstünlük verən və bu istiqamətdə xeyli vəsaitə qənaət edən Eskişehir Böyükşəhər Bələdiyyəsi bu sahədə nümunəvi işlərini davam etdirir. Şəhəri gözəlləşdirmək üçün mərkəzi küçələr, qovşaqlar, orta zolaqlar, parklar kimi yaşıllıq ərazilərində əkilən güllərlə yanaşı, bayram və xüsusi günlərdə vətəndaşlara on minlərlə gül pulsuz paylanılır, şəhər də abadlaşdırılır”.
Məlumata əsasən, Parklar və Bağçalar qrupları başda Atatürk Bulvarı olmaqla bir çox nöqtədə çalışarkən, Kentparkda aparılan işlərlə rəngarəng çiçəklər torpağı əkilib: “İqlim şəraitinə uyğun yetişdirilən rəngarəng güllər şəhəri bəzəyərkən, Park və Bağçalar İdarəsinin rəsmiləri istixanalarda səliqə ilə hazırlanan güllərin bundan sonra da şəhərin hər yerinə, xüsusən də küçə və bulvarlara gözəllik qatacağını bildiriblər”.