BAYRAQDAR MEDİA – KKTC-nin Gönyeli-Alayköy Bələdiyyəsi ilə Beynəlxalq Kıbrıs Universiteti (CIU) arasında təkrar emal sahəsi üçün əməkdaşlıq protokolu imzalanıb.
Bu barədə Kibris Postası məlumat yayıb.
Məlumata əsasən, Gönyeli-Alayköy Bələdiyyə Başçısı Hüseyin Amcaoğlu və Beynəlxalq Kıbrıs Universitetinin rektoru Prof. Dr. Halil Nadiri Gönyeli Xidmət Binasında imzaladıqları protokolla iki qurumun tullantı strategiyası çərçivəsində əməkdaşlıq etməsini hədəfləyirlər: “Protokolun ümumi məqsədi bələdiyyə xidmətlərini və fəaliyyətini davamlı və ekoloji cəhətdən təmiz siyasətlərlə həyata keçirmək və Bələdiyyənin məsuliyyət dairəsində yaranan kağız, plastik, ağac, tullantı parçalar və s. kimi tullantıların aradan qaldırılmasıdır”.