Press "Enter" to skip to content

Kəlbəcər Şəhəri Gününə həsr olunan tədbir keçirilib

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 25 Noyabr – Kəlbəcər Şəhəri Gününə həsr olunmuş “Böyük Qayıdış: Heydər Əliyev strategiyasının təntənəsi” mövzusunda tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-dən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə Aİİ rektoru Aqil Şirinov Kəlbəcər Şəhəri Günü münasibəti ilə hər kəsi təbrik edib. Bildirib ki, Kəlbəcər 27 illik işğaldan sonra azad olunub. A.Şirinov Vətənin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb. O, Böyük Qayıdışın tezliklə Kəlbəcərə də baş tutacağını, Azərbaycan xalqının Kəlbəcəri daha gözəl bir bölgəyə çevirəcəyini diqqətə çatdırıb”.

Sonra xəbərdə, “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri, iqtisad elmləri doktoru Aqil Əsədov çıxış edib. O bildirib ki, düşünülmüş şəkildə 1994-cü ildə Əsrin müqaviləsi ilə başlayan proseslərlə Azərbaycan güclü iqtisadiyyata malik ölkəyə çevrilib. A.Əsədov deyib ki, hazırda Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsi olaraq, işğaldan azad edilmiş torpaqlarda yenidənqurma işləri sürətlə davam edir” deyə qeyd olunur.

Bakı Dövlət Universiteti İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı uşaqlıq xatirələrini bölüşüb. O vurğulayıb ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq, Vətənin igid oğullarının şücaəti ilə Azərbaycan torpaqları düşmən tapdağından azad edilib.

Tədbirdə Ə.Cabbarlının ssenari müəllifi olduğu “Azad Kəlbəcər” filmi nümayiş olunub.

Mission News Theme by Compete Themes.