Press "Enter" to skip to content

Sedat Serdaroğlunun “Emanet”i

“Emanet” romanı

Son yeniləmə: 24 Noyabr 2023 14:30

Sədat Serdaroğlu: Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr etdiyim bu kitabda həmin vaxt qələbəyə gedən yolda ön və arxa cəbhədə verilən fədakarlıqlardan bəhs edilir

BAYRAQDAR MEDİA – Türkiyənin Denizli şəhərindəki Türk Anadolu Liseyinin tarix müəllimi, BAYRAQDAR MEDİA-nın dostu Sedat Serdaroğlunun daha bir kitabı, “Emanet” romanı işıq üzü görüb. Müəllifin Türkiyə Cümhuriyyətinin 100-cü ildönümə həsr etdiyi bu kitab “Bengü Yayınları” tərəfindən nəşr edilib.

Bununla bağlı BAYRAQDAR MEDİA-ya özəl açıqlama verən Sedat Serdaroğlu “Bu kitab Cümhuryəyyətin qurulmasına gedən yolda apardığımız milli mübarizənin mərhələlərini həmin dövrün şahidi olan bir zabitin dili ilə oxucuya çatdırır. Yəni Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr etdiyim bu kitabda həmin vaxt qələbəyə gedən yolda ön və arxa cəbhədə verilən fədakarlıqlardan bəhs edilir. Bu romanı qələmə alarkən bir daha əmin oldum ki, istənilən savaş təkcə ön cəbhədə deyil, həm də arxa cəbhədə də aparılan mübarizə nəticəsində müsbət nəticələnə bilər” deyib.

O, qeyd edib ki, bu romanı yazmaqla Cümhuriyyət qurucularına sədaqət borcunu qismın ödəmiş olub: “İndi daha rahatam. Romanın necə alınmasına gəlincə, burda söz dəyərli oxucunundur”.

Məlumat üçün bildirək ki, noyabrın 25-də müəllifin imza günü keçiriləcək. Türk Ocakları Denizli şöbəsində (Tarihi Adil Beştaş Evi) yerli vaxtla saat 13:00-dan 17:00-a kimi olacaq mərasimə qatılan oxucular aldıqları yeni kitabı müəllifə imzalada biləcəklər.

S.Serdaroğlu bununla bağlı öz sosial şəbəkə hesabından paylaşım da edib: “Bütün dostlarımı və oxucuları yeni romanım “Emanet”in imza gününə dəvət edirəm. Sarsılmaz dəstəyini əsirgəməyən hər kəsə əvvəlcədən sonsuz təşəkkürümü bildirirəm”.

Mission News Theme by Compete Themes.