Press "Enter" to skip to content

PAÜ üçün iki böyük qürur

 Prof. Dr. Nergis Biray (solda) və Prof. Dr. Mehmet Ali Ünal 

BAYRAQDAR MEDİA – Türkiyənin Denizli şəhərindəki Pamukkale Universiteti (PAÜ) bu günlər iki sevindirici xəbər alıb. Belə ki, PAÜ Humanitar və Sosial Elmlər Fakültəsi, Tarix Bölməsinin professoru Prof. Dr. Mehmet Ali Ünal Türk Tarix Qurumunun Elmi Şurasının üzvü, həmin fakültənin Çağdaş Türk Ləhcələri şöbəsinin müdiri, BAYRAQDAR MEDİA-nın dostu Prof. Dr. Nergis Biray isə Türk Dil Qurumunun Elmi Şurasının həqiqi üzvü seçilib.

Bununla bağlı ali təhsil ocağının internet resursursunda məlumat yayılıb.

Məlumatda deyilir ki, rektor Prof. Dr. Ahmet Kutluhan iki alimin bu uğurunun universitet üçün qürur mənbəyi olduğunu bildirib.

Rektorun bununla bağlı yazılı açıqlamasında deyilir: “Pamukkale Universiteti 30-cu ilini tamamlayan köklü bir universitetdir. Bu təcrübə ilə gələcəyə və bu günə işıq tutan araşdırmalarımız, verdiyimiz ixtisaslı təhsil və bir çox sahədə əlavə dəyər yaradan istehsalatlarımızla tələbələrimizə, şəhərimizə və ölkəmizə istiqamət verməyə davam etməkdədir. Məhsuldar bir universitet missiyası və universitetin həyatın bələdçisi olması vizyonu ilə həyata keçirdiyimiz təhsil və tədqiqat işlərini gündən-günə təkmilləşdirir və sizə daha yaxşı və daha müasir təhsil vermək üçün onları gücləndiririk. Bu çərçivədə universitetimizin dəyərli akademikləri elmə və tələbələrimizə istiqamət verməyə davam edir. Türk Tarix Qurumunun Elmi Şurasının üzvü seçilən Prof. Dr. Mehmet Ali Ünal və Türk Dil Qurumunun Elmi Şurasının üzvü seçilən Prof. Dr. Nergis Birayı ürəkdən təbrik edir, müəllimlərimizin uğurlarının davamlı olmasını arzulayıram”.

Mission News Theme by Compete Themes.