Son yeniləmə: 24 Noyabr 2023 11:03
Xarici maliyyələşdirməni cinayət kimi qəbul ediləcək
BAYRAQDAR MEDİA – Macarıstan hökuməti təqdim etdiyi qanun layihəsi ilə seçki kampaniyalarının xaricdən maliyyələşdirilməsini cinayət kimi qəbul edərək, qadağan etməyi planlaşdırır.
Məlumatı Kirim Haber Ajansı yayıb.
Bildirilib ki, “Macarıstanın hakim partiyası tərəfindən təklif olunan “Milli suverenliyin qorunması” haqqında qanun layihəsi 2024-cü il seçkilərində Avropa maliyyələşdirməsinin təsirini azaltmaq məqsədi daşıyır. Fidesz Partiyasının lideri Mate Koçşisin hazırladığı “qanun layihəsində “Siyasi hakimiyyət hər hansı xarici qüvvənin, təşkilatın və ya şəxsin əlinə keçərsə, Macarıstanın suverenliyinin pozulacağı və bu, eyni zamanda, milli təhlükəsizlik baxımından yüksək risk yaradır”ifadəsi əksini tapıb.
Məlumatda deyilir: “Qanunda göstərilir ki, namizədliyini irəli sürərkən xaricdən vəsait qəbul etmək üç ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Eyni zamanda, siyasətə xaricdən müdaxilələrin, o cümlədən “xarici maliyyə vəsaitlərindən istifadə etməklə fəaliyyəti seçkilərin nəticələrinə təsir göstərə bilən” QHT-lər və ya digər təşkilatlar tərəfindən “seçkilərin iradəsinə təsir göstərmək üçün fəaliyyətlə məşğul olan və ya dəstəklənən” təşkilatların monitorinqi və araşdırılması üçün yeni agentlik yaradılacaq”.
O da xatırladılır ki, 2022-ci il parlament seçkilərindən sonra hökumət müxalifət alyansının ABŞ-da yerləşən QHT-dən maliyyə aldığına dair gizli təhlükəsizlik hesabatlarını dərc etmişdi.