BAYRAQDAR MEDİA – Cari ilin dekabr ayından SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Elm və Təhsil Nazirliyi ilə birgə ümumi təhsil müəssisələrində təbii qazdan təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə işləri aparacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “layihə çərçivəsində 5, 6 və 7-ci sinif şagirdləri arasında təbii qazdan təhlükəsiz istifadə, mənzillərdə qaz iyi hiss etdikdə görülməsi vacib tədbirlər və hamam otaqlarında dəm qazından qorunma yolları barədə maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur”.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd şagirdlərə mavi yanacaq və qaz cihazlarından düzgün istifadənin aşılanmasıdır. Eyni zamanda azyaşlı uşaqları valideyn nəzarəti olmadan qaz cihazlarından istifadənin təhlükəsi barədə məlumatlandırmaqdır.