BAYRAQDAR MEDİA – Npyabın 23-də AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Heydər Əliyev İli” çərçivəsində nəşr olunan “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2003)” adlı kitabın təqdimatı keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “təqdimatı giriş sözü ilə açan MEK-in baş direktoru, Prof. Məmməd Əliyev qeyd edib ki, AMEA-da bu il çərçivəsində silsilə tədbirlər keçirilir, MEK bu tədbirlərin bir qismində təşkilatçı və iştirakçı kimi çıxış edir. Kitabın ideya müəllifi, akademik Kamal Abdulla çıxışında sözügedən kitab haqda danışıb. Alim bu ağır və məsuliyyətli işin yerinə yetirilməsində kitabın ərsəyə gəlməsində iştirak edənlərə təşəkkürünü bildirib. Təqdimat zamanı AMEA-nın vitse prezidenti, akademik Dilqəm Tağıyev bu gözəl təşəbbüsü müsbət dəyərləndirib. Qeyd edib ki, bu cür mənbələri araşdırmaq və toplu şəkildə təqdim etmək çox vacib, aktual məsələdir”.
Tədbirdə millət vəkilləri Arzu Nağıyev, Vüqar İskəndərov, Anar İsgəndərov, Sevinc Fətəliyeva, akademik Vaqif Abbasov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Prof. Solmaz Rüstəmova-Tohidi, Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov kitab haqda fikirlərini bölüşüblər.
Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sözügedən nəşr ADU-nun Elmi Şurasının qərarı ilə çap olunub. Layihənin ideya müəllifi və rəhbəri ADU-nun rektoru, akademik K.Abdulladır.