BAYRAQDAR MEDİA – Gümülcine Türk Gənclər Birliyində (GTGB) uşaqlar üçün fəaliyyətlər davam edir. Bu dəfə uşaqlar üçün Yaradıcı uşaq adı altında tədbirlər təşkil olunacaq.
Bu barədə Kirim Haber Ajansı məlumat yayıb.
Məlumata görə, noyabrın 26-da GTGB məkanında keçiriləcək “Yaradıcı uşaq” tədbirində 4-9 yaş qrupundakı bütün uşaqlar iştirak edə biləcəklər.
GTGB-nin rəsmi sosial media səhifələrində elan edilən tədbir çərçivəsində Uşaqlar qruplar şəklində rəngləmə işləri aparacaq, Sarı saçlı Qız və Üç Ayı nağılları nümayiş etdiriləcək.