BAYRAQDAR MEDİA – Vətənləri Krımdan uzaqda yaşayan Krım tatarları öz mədəniyyətlərinə yaxından bağlıdırlar və yaşadıqları bölgələrdə fəaliyyət göstərirlər.
Bu çərçivədə Türkiyənin Düzce şəhərində yaşayan Krım tatarları üçün Mədəniyyət Mərkəzi açılacaq.
Kirim Haber Ajansının məlumatına görə, Düzce Bələdiyyəsini sədri Faruk Özlü sosial media hesabında Krım Türkləri Mədəniyyət Mərkəzi Layihəsinin tamamlandığını və mədəniyyət mərkəzinin tezliklə istifadəyə veriləcəyini açıqlayıb: “Krım Türkləri Mədəniyyət Mərkəzi Layihəmizi tamamladıq. Tezliklə istifadəyə veriləcək bu mərkəzdə Düzcenin mədəniyyət mozaikasının ən gözəl hissələrindən biri olan Krım türk qardaşlarımızın keçmişi ilə gələcəyi arasındakı bağlar daha da möhkəmlənəcək və qalıcı olacaq”.