Press "Enter" to skip to content

Türkiyədə Azərbaycanın turizm imkanlarına həsr edilmiş tədbir

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 23 Noyabr 2023 13:19

BAYRAQDAR MEDİA – Noyabrın 22-də İstanbulda Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Türkiyənin 50-yə yaxın səyahət və turizm agentliyi nümayəndəsinin, o cümlədən media nümayəndələrinin iştirakı ilə Azərbaycanın turizm potensialının təqdimatı ilə bağlı tədbir keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 23-də Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “tədbirdə Azərbaycanın qış turizm mərkəzləri, işgüzar turizm imkanları, zəngin tarixi və mədəni irsi, qastronomik turizm potensialı haqqında təqdimat nümayiş etdirilib, ətraflı məlumat verilib və media nümayəndələrinin sualları cavablandırılıb. Tədbirdə, həmçinin Türkiyə turizm sənayesi ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə heyətinin sədri Göydəniz Qəhrəmanov və Azərbaycan Hotel Assosiasiyasının İcraçı direktoru Günay Sağlam da iştirak edib”.

Qeyd edilib ki, 2023-cü ilin 10 ayı ərzində Türkiyədən Azərbaycana 308 min 942 nəfər səyahət edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 18 faiz artım deməkdir.

Mission News Theme by Compete Themes.