Press "Enter" to skip to content

Tələbələr mediasiya ilə bağlı maarifləndiriliblər

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tələbələr üçün maarifləndirici tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-dən daxil olub.

Xəbərdə bildirilir ki, “Aİİ İslamşünaslıq kafedrasının müdiri, Dos. Əhməd Niyazovun moderatorluğu ilə keçirilən tədbirdə bildirilib ki, mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya institutu Azərbaycanın məhkəmə hüquq sistemi üçün yenilikdir. Qurum mülki, ailə, əmək məsələləri üzrə insanlararası sülhyaratma təşəbbüsüdür”.

Sonra xəbərdə, “Mediator Sadiq Bağırov “mediasiya” anlayışı haqqında ümumi məlumat verib. Azərbaycanda 2019-cu ildə “Mediasiya haqqında” Azərbaycan Qanununun qəbul edildiyini diqqətə çatdıran təlimçi mediasiyanın mübahisələrin alternativ həlli yollarından biri olduğunu, cəmiyyətdəki problemlərin həllində, münaqişələrin yoluna qoyulmasında və gərginliyin azaldılmasında böyük rol oynadığını bildirib” deyə qeyd edilir.

Təlimçilər Gültəkin Məmmədova və Mayıl Bayramov Mediasiya Şurası haqqında məlumat veriblər. Bildiriblər ki, Şuranın başlıca vəzifəsi qısa müddətdə mübahisələrin həll edilməsini, hüquqşünaslar tərəfindən hüquqların operativ, dürüst və vicdanla qorunmasını təmin etməkdən ibarətdir. Mediatorlar mediasiyanın inkişaf perspektivləri haqqında, eləcə də Azərbaycanda mediasiyanın tətbiqi ilə bağlı ətraflı məlumat veriblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.