Son yeniləmə: 23 Noyabr 2023 12:08
BAYRAQDAR MEDİA – Kərkükün Altunköprü qəsəbəsində 1991-ci ildə Səddam Hüseyn əsgərləri tərəfindən həyata keçirilən qırğından sonra həyatını itirənlərin dəfn edildiyi şəhidlər məzarlığı hələ şəxsiyyəti müəyyən edilməyən şəxs və ya şəxslər tərəfindən dağıdılıb.
Bu barədə İraq Parlamenti Türkmənlər Qrupunun sədri Erşat Salihi sosial media hesabından paylaşım edib.
Paylaşımdas deyilir ki, Altunköprü şəhid məzarlığında 1991-ci ildə şəhid olan türkmənlərin adları yazılmış lövhə və orada yerləşən Türkməneli bayrağı yandırılıb.
Məsələ ilə bağlı E.Salihi yazıb: “Ötən gün ziyarət etdiyimiz Altunköprü şəhid məzarlığındaki bayrağımız türk düşməni olan qatillər tərəfindən yandırılıb. Bayrağımıza qarşı bu alçaq hücumu həyata keçirənləri şiddətlə qınayırıq. Şəhidlərimiz, bayrağımız müqəddəsdir, onlara heç kim toxuna bilməz…”.
Geçtiğimiz gün ziyaret ettiğimiz Altunköprü şehitliğimizde bulunan bayrağımız, Türklük düşmanı canilerce yakılmıştır.
Bayrağımıza bu alçakça saldırıyı yapanları en şiddetli şekilde kınıyoruz.
Şehitlerimiz ve bayrağımız kutsaldır, hiç kimse onlara dokunamaz..! pic.twitter.com/CqVvmT3BRL
— Erşat Salihi – أرشد الصالحي (@Ersatsalihi) November 21, 2023