Press "Enter" to skip to content

Qardaş ölkə nümayəndələri Azərbaycan İlahiyyat İnstitutunda

Qonaqlarla görüş

BAYRAQDAR MEDİA – Qardaş Qazaxıstanın Elm və Təhsil Nazirliyi Elm Komitəsi Fəlsəfə, Siyasi Elmlər və Dini Tədqiqatlar İnstitutunun nümayəndələri Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-dən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə Fəlsəfə, Siyasi Elmlər və Dini Tədqiqatlar İnstitutunun baş elmi işçisi, Prof. Baxıtjan Saterşinov və qurumun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Aykərim Altayqızı, “İdrak” İctimai Birliyinin sədri Rüfət Quliyev iştirak ediblər. Aİİ rektoru, Dos. Aqil Şirinov qonaqları salamlayaraq, onları İnstitutda görməkdən məmnun olduğunu bildirib. İlahiyyat İnstitutunun fəaliyyəti haqqında məlumat verən rektor ali təhsil müəssisəsinin məqsəd və vəzifələri, hədəfləri haqqında ətraflı bəhs edib, Aİİ-nin beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb. A.Şirinov bildirib ki, dünyanın bir çox tanınmış ali təhsil müəssisələri ilə İnstitut arasında ikitərəfli protokollar, memorandumlar imzalanıb”.

Sonra xəbərdə, “rektor Qazaxıstanda fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində sözügedən ali təhsil müəssisəsinin iki tələbəsinin 2021-2022-ci tədris ilində təhsilini Aİİ-də davam etdirdiyini də diqqətə çatdırıb. O bildirib ki, bir semestr davam edən tədris ingilis dilində aparılıb. A.Şirinov dərslərin öz sahəsinin peşəkar mütəxəssisləri olan Aİİ-nin müəllimləri tərəfindən keçirildiyi əlavə edib” deyə qeyd edilir.

Daha sonra B.Saterşinov və A.Altayqızı təmsil etdikləri müəssisə haqqında geniş məlumat veriblər. Onlar iki müəssisə arasında həyata keçirilə biləcək layihələr barədə söhbət açıblar.

Görüşdə elmi-tədqiqat sahəsində əməkdaşlığın həyata keçirilməsi, məqalələrin çapı, birgə elmi seminar və konfransların təşkili barədə müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.