Press "Enter" to skip to content

Kanadada türk dünyası üçün Qala gecəsi

Gecədən görüntü

BAYRAQDAR MEDİA – Kanadanın Toronto şəhərində Azərbaycanlı Kanadalılar Şəbəkəsinin təşəbbüsü ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu (BTMİF) ilə əməkdaşlıq çərçivəsində Türk Dünyasının mədəni irsinin təbliği məqsədilə Qala gecəsi təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BTMİF-dən daxil olub.

Xəbərdə deyilir ki, “tədbir çərçivəsində Fondun himayəsində yaradılan və 7 ölkəni – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən qadın musiqiçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun konserti keçirilib. Qrupun bədii rəhbəri Azərbaycanın Əməkdar artisti Turan Manafzadədir. Tədbirdə AKŞ-nin İcraiyyə Şurasının nümayəndələri Dmitriy Kirilov və Nigar Cabiyeva, Kanadanın ruhi sağlamlıq üzrə naziri və səhiyyə nazirinin müavini Ya’ara Saks, Kanada Parlamentinin üzvləri Françesko Sorbara və Əli Ehsassi çıxış edərək, belə tədbirlərin mədəniyyətlərarası dialoqun inkişafında böyük rol oynadıklarını vurğulayıblar. Tədbirdə BTMİF-ə, eləcə də AKŞ-nə Türk mədəniyyətinin Kanadada təbliğində göstərdikləri səylərə görə Təşəkkür bəlgəsi təqdim olunub”.

“Yeddi Gözəl” ansamblının ifasında Türk Dünyasının görkəmli bəstəkarlarının əsərləri və xalq mahnıları qonaqlara unudulmaz anlar yaşadıb.

Tədbirdə Kanadanın siyasi və mədəni dairələrin nümayəndələri, Kanada parlamentinin üzvləri, müxtəlif ölkələrin Kanadada fəaliyyət göstərən diplomatları, Azərbaycan və Türk cəmiyyətlərinin təmsilçiləri iştirak ediblər.

Mission News Theme by Compete Themes.