Press "Enter" to skip to content

İqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən SPECA Həftəsi çərçivəsində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata əsasən M.Cabbarov Azərbaycanın Tacikistanla iqtisadi əlaqələrin inkişafına önəm verdiyini diqqətə çatdırıb: “SPECA Həftəsi çərçivəsində keçirilən İqtisadi Forum və görüşlərin Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsinə töhfə verdiyi bildirilib. Qeyd olunub ki, iki ölkə arasında energetika, kənd təsərrüfatı,sənaye və digər sahələr üzrə əməkdaşlığın möhkəmləndirilməsi üçün böyük potensial var. Aqrar-sənaye klasterinin yaradılması kimi birgə layihələr hər iki ölkənin iqtisadiyyatına töhfə verə bilər”.

Məlumatda bildirilib ki, “Zavki Zavkizoda ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafınaönəm verdiyini qeyd edib, tərəfdaşlığın müxtəlif istiqamətləri, o cümlədən tranzit sahəsi üzrə genişləndirilməsi barədə fikirlərini bölüşüb. Görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığın perspektivləri, iqtisadi-ticarət əlaqələrinin və investisiyaların təşviqi, biznes dialoqunun inkişafı və digər məsələlər müzakirə edilib”.

Mission News Theme by Compete Themes.