BAYRAQDAR MEDİA – Noyabrın 28-i saat 19:00-da “Azərbaycan” CinemaPlus-da, orijinal dildə, Azərbaycan dilində altyazılarla İsveç film günlərinin sonuncu filmi olan “Hilma” bədii filmi nümayişi olacaq.
Bu haqda Azərbaycan Kinematoqrafçılar İttifaqının yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “Hilma af Klint (1862-1944) sənət tarixinin mühüm bir hissəsidir və mücərrəd sənətin ən ilk rəssamlarından biridir. Bununla belə, o dövrdəki bir çox həmyaşıdlarının işindən fərqli olaraq, onun işi səhv anlaşılıb və ölümündən çox sonraya qədər göz ardı edilib. Bu hekayə Hilma və onun rəsmlərini mümkün edən vəziyyət haqqındadır. Film onun uşaq dövründən başlayır və onun sənəti bütün dinlərə və mədəniyyətlərə mənsub insanlarla əlaqə quranda yəni bu gün bitir. Məhz onun da niyyəti bu idi”.
Qeyd edək ki, filmə baxış üçün giriş sərbəstdir.