Press "Enter" to skip to content

Bu dünyadan bir Turan keçdi

Tədbir iştirakçılarının xatirə fotosu

Bakı Atatürk Liseyində Prof. Dr. Turan Yazganın xatirəsi anılıb

BAYRAQDAR MEDİA – Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) qurucusu, türk dünyasının tanınmış şəxsiyyətlərindən biri Prof. Dr. Turan Yazganın vəfatından 11 il ötür. Ötən illərdə olduğu kimi, bu dəfə də Turan Yazganın vəfatının növbəti ildönümü ilə bağlı Türkiyədə və türk dünyasında müxtəlif tədbirlər keçirilir.

Bir dəqiqəlik sükut
Bir dəqiqəlik sükut

Bu tədbirlərdən biri də noyabrın 22-də Bakı Atatürk Liseyində keçirilib.

İki qardaş ölkənin dövlət himnləri oxunur
İki qardaş ölkənin dövlət himnləri oxunur

BAYRAQDAR MEDİA xəbər verir ki, Liseyin direktoru Eylem Gültekinin, Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Cemal Yanğının, UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin müəllim heyətinin, media təmsilçilərinin, liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbir Turan Yazganın və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.

Eylem Gültəkin: Turan Yazganın qurucusu olduğu bu təhsil ocağına rəhbərlik etmək həm qürurvericidir, həm də üzərimizə böyük məsuliyyət qoyur

Sonra çıxış edən liseyin direktoru Eylem Gültekin bildirib ki, mərhum Turan Yazgan bütün mənalı ömrünü türk dünyasının birliyi üçün görülən işlərə həsr edib: “Həyatını türklüyə, türk dünyasına həsr edən Turan Yazganın bu məqsədlə qurduğu və 32 il rəhbərlik etdiyi Türk Dünyası Araşdırmaları Vəqfi onun türk dünyası üçün qoyub getdiyi ən böyük əmanətdir”.

Eylem Gültəkin çıxış edərkən
Eylem Gültəkin çıxış edərkən

E.Gültəkin deyib ki, bu gün Azərbaycanda və Türkiyədə tanınan, türk dünyasının gələcəyi olan uşaqlara keyfiyyətli təhsil verən, onları vətənpərvərlik və türklük ruhunda yetişdirən Bakı Atatürk Liseyi də Tutan Yazganın bizlərə yadigarıdır: “Onun qurucusu olduğu bu təhsil ocağına rəhbərlik etmək həm qürurvericidir, həm də bizim üzərimizə böyük məsuliyyət qoyur. Bakı Atatürk Liseyinin bütün müəllim heyəti gələcəyimizə töhfə verəcək nəsillərin yetişdirilməsi üçün çalışır və buna görə qürur hissi keçirirlər”.

Cemal Yanğın: Turan Yazgan türk dünyasının birliyinə varlığı qədər inanır və bu inamdan irəli gələrək dövrü üçün misilsiz qəhrəmanlıq sayılan addımlar atır, işlər görürdü

Sonra çıxış edən ATİB İdarə Heyətinin sədri Cemal Yanğın da Turan Yazganın bir türklük sevdalısı olduğunu bildirib.

Cemal Yanğın çıxış edərkən
Cemal Yanğın çıxış edərkən

O, qeyd edib ki, Turan Yazgan türk dünyasının birliyinə varlığı qədər inanır və bu inamdan irəli gələrək dövrü üçün misilsiz qəhrəmanlıq sayılan addımlar atır, işlər görürdü: “Turan Yazgan həmin dövrün bütün ağır şərtlərinə baxmayaraq SSRİ süqut edən ərəfədə və ondan dərhal sonra türk respublikalarına səfərlər etdi, təhsil müəssisələri yaratdı. Bununla da türk dünyasının gələcəyini quracaq uşaqların, gənclərin yetişdirilməsi üçün mühüm addımlar atıldı. Bakı Atatürk Liseyi də rəhmətlik Turan Yazganın həmin dövrdəki fədakarlıqlarının bəhrəsi idi”.

Turan Yazganın həyatından bəhs edən kompozisiya
Turan Yazganın həyatından bəhs edən kompozisiya

C.Yanğın, həmçinin “nə gizlədim, bəzən mən belə bu addımların bu qədər geniş və səmərəli bəhrə verəcəyinə inanmırdım. Ancaq rəhmətlik Turan Yazgan inanırdı. Məsələn o, Bakı Atatürk Liseyinin daha da böyüyəcəyini, gələcəkdə daha çox uşaqların burada təhsil alacağını deyirdi. Gizlətmirəm, o vaxtlar bu, bizə bir qədər xəyal kimi gəlirdi. Amma bu gün biz Bakı Atatürk Liseyinin artıq sayca ikinci filialında, özü də bütün müasir imkanlara malik bir filialda onun xatirəsini anırıq. Və bir daha əmin oluruq ki, Turan Yazgan uzaqgörən şəxsiyyət kimi adını türk dünyasının tarixinə yazdırıb” deyib.

C.Yanğın əmin olduğunu bildirib ki, Bakı Atatürk Liseyinin bu günkü şagirdləri də gələcəyin savadlı kadrları olaraq iki qardaş ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etməsinə, o cümləədn türk dünyası arasında bağlaırn daha da möhkəmlənməsinə öz töhfələrini verəcəklər.

Şagirdlərin ifasında türk dünyasının birlik və bərabərliyinə həsr edilmiş şeirlər və mahnılar səsləndirilib
Şagirdlərin ifasında türk dünyasının birlik və bərabərliyinə həsr edilmiş şeirlər və mahnılar səsləndirilib

Anım tədbirində həmçinin liseyin şagirdləri tərəfindən Turan Yazganın həyatına, vətənpərvərliyə, Türkiyə-Azərbaycan qardaşlığına, türk dünyasının birlik və bərabərliyinə həsr edilmiş şeirlər və mahnılar səsləndirilib, kompozisiyalar təqdim olunub.

Mission News Theme by Compete Themes.